Paşinyan Berlinə gedib | FOTO/VİDEO

Paşinyan Berlinə gedib |    FOTO/VİDEO
  09 Dekabr 2025    Oxunub:710
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyində nümayəndə heyəti Almaniyanın paytaxtı Berlin şəhərinə rəsmi səfərə gedib.
Ermənistan mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, Nikol Paşinyan səfər çərçivəsində bu gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Fridrix Mertslə görüşlər keçirəcək.

Tərəflərin görüşlər əsnasında bir sıra regional və qlobal məsələ ilə yanaşı Azərbaycan və Ermənistan arasında sülh prosesinə də toxunacaqları istisna deyil.

Nikol Paşinyanın sabah isə Berlindən Hamburq şəhərinə yollanacağı, burada şəhər meri Peter Henşerlə, habelə Hamburq Ticarət Palatasında yerli sahibkarlarla görüşəcəyi bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   baş-nazir   Almaniya   səfər  



Xəbər lenti